İraqın qərbində yüzlərlə terrorçu öldürülüb
İyun 03, 2015 14:59 Asia/Baku
-
İraqın qərbində yüzlərlə terrorçu öldürülüb
İraq qırıcılarının İŞİD karvanına hücumunda 300-dən çox terrorçu ölüb.
IRNA-nın məlumatına görə, İraq qırıcıları dünən Suriyadan İraqın Ələnbar vilayətindəki terrorçulara dəstək olaraq göndərilən terrorçuların ən böyük karvanını bu ölkəyə daxil olmaq istəyərkən hədəfə alıblar.Bu hücumda 300-dən çox terrorçu ölüb və terrorçuların 40-a yaxın hərbi və zirehli maşını məhv edilib.
İraq qırıcıları terrorçuları Əlrəmadidən 350 kilometr qərbdə, Əlrəmanə və Baquz məntəqələri arasında tələyə salıblar.
İraq qırıcıları habelə, İŞİD-in bir neçə təlim bazasına hücum ediblər.
Dünənki əməliyyat İŞİD-ə qarşı ən geniş əməliyyat olub ki, daxil olan məlumatlar əsasında bu əməliyyat beynəlxalq koalisiya qüvvələrinin köməyi olmadan icra edilib.