Rusiya dünyada ən böyük neft istehsalçısıdır
İyun 04, 2015 20:32 Asia/Baku
-
Rusiya dünyada ən böyük neft istehsalçısıdır
Rusiya ABŞ və Ərəbistanı arxada qoyaraq, dünyada ən böyük neft istehsalçısına çevrilib.
Əlməyadin telekanalının məlumatına görə, Rusiya Yanacaq və Enerji İdarəsi bu gün bir bəyanatda bildirib ki, bu ölkə may ayında ABŞ və Ərəbistanı arxada qoyaraq, dünyada ən böyük xam neft istehsalçısına çevrilib və bu ölkənin bu müddətdəki orta istehsal həcmi gündə on milyon 700 min barrelə çatıb.Rusiya Energetika Nazirliyi cari ilin ilk yarısında da bu ölkənin neft hasilatını bir, ixracatını isə beş tam onda səkkiz faiz artırıbdır.
Rusiyanın neft hasilatının artması Qərbin sanksiyalarına rəğmən, davam edib.
Rusiya cari ilin ilk beş ayında 220 milyon barrel xam neft hasil edibdir.