Fransa AB-nin Rusiya əleyhinə sanksiyalarının müddətinin uzadılmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i194660-fransa_ab_nin_rusiya_əleyhinə_sanksiyalarının_müddətinin_uzadılmasını_vurğulayıb
Fransa prezidenti Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarının müddətinin cari ilin sonuna qədər uzadıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 08:18 Asia/Baku
  • AB Rusiya əleyhinə sanksiyaların müddətini uzada bilər
    AB Rusiya əleyhinə sanksiyaların müddətini uzada bilər

Fransa prezidenti Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarının müddətinin cari ilin sonuna qədər uzadıldığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland bildirib ki, Avropa Birliyi ehtima üzrə Ukraynanın şərqindəki qarşıdurmalara görə Rusiya əleyhinə tətbiq olunan sanksiyaların müddətini 2015-ci ilin sonuna qədər uzadacaq.
Olland G-7 qrupunun dövlət başçılarının iclasından sonra deyib: Bu ehtimal var ki, Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarının müddətinin uzadılması ilə əlaqədar təklif Avropa rəsmilərinə təqdim olunsun.
Avropa rəhbərlərinin iclası cari ayda keçiriləcək və Rusiya əleyhinə tətbiq olunan sanksiyaların araşdırılması bu iclasın əsas məsələlərindən biri olacaq.