Rusiya Ukraynanın şərqində ABŞ-ın gərginlik yaratması barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i194750-rusiya_ukraynanın_şərqində_abŞ_ın_gərginlik_yaratması_barədə_xəbərdarlıq_edib
Rusiya Amerikanı Ukrayna hökumətini bu ölkənin şərqində münaqişəni davam etdirməyə məcbur etməkdə suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 16:01 Asia/Baku
  • Rusiya Ukraynanın şərqində ABŞ-ın gərginlik yaratması barədə xəbərdarlıq edib
    Rusiya Ukraynanın şərqində ABŞ-ın gərginlik yaratması barədə xəbərdarlıq edib

Rusiya Amerikanı Ukrayna hökumətini bu ölkənin şərqində münaqişəni davam etdirməyə məcbur etməkdə suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya XİN bu gün cümə axşamı günü bir bəyanat verərək bildirib: Kiyevin qərbyönlü hökumətini dəstəkləməklə bağlı ABŞ-ın hərəkətləri Ukraynanın şərqində böhranın intensivləşməsinə səbəb olub.
Rusiya XİN həmçinin bu bəyanatda ABŞ hökumətindən qısa və orta mənzilli raketlərin məhv olunmasına dair müqaviləyə sadiq qalmasını istəyib.
Rusiya XİN bu bəyanatı Moskvanı silah öhdəliklərini pizmaqda suçlayan ABŞ Müdafiə Nazirliyi Pentaqonun hesabatına cavab olaraq verib və bildirib: Bu ölkə heç bir qeyri-adi hərbi fəaliyyət göstərmir.