ABŞ hərbçiləri və təhlükəsizlik məmurlarının məlumatları hak olunub
İyun 13, 2015 15:00 Asia/Baku
Amerikalı rəsmilər öz təhlükəsizlik sistemlərində digər bir hak hadisəsindən xəbər veriblər- hakerlər bu dəfə data sistemlərinə nüfuz edərək, təhlükəsizlik üzrə mənfi keçmişə malik olmamaları haqda arayış almaq intizarında olan hərbçilər və təlükəsizlik məmurlarının stajı üzrə şəxsi və gizli informasiyaları oğurlayıblar.
Səhər kanalının Assoşieyted Press-ə istinadlı məlumatına görə, amerikalı rəsmilər etiraf ediblər ki, hakerlər data sistemlərinə nüfuz edərək, hərbçilər və dövlət təhlükəsizlik məmurlarının stajı üzrə şəxsi və gizli informasiyaları oğurlayıblar.Bu məlumata görə, aparılmış təhqiqat nəticəsində bu hakların Çinlə əlaqədə olduğu bəlli olub.
ABŞ hərbçiləri və təhlükəsizlik məmurları təhlükəsizlik üzrə mənfi keçmişə malik olmamaları haqda arayış almaq üçün kompüter anketini dolduraraq, özlərinin bütün şəxsi məlumatlarını, o sıradan əmək stajı, psixi xəstəliklər, narkomaddələr və spirtli içkilər istehlakı, cinayət keçmişi, iflasa uğramaları və öz ailələrinin digər üzvlərinin informasiyalarını təqdim etməyə məcbur olublar.
Amerika Personal İşlər Ofisi indiyədək bununla bağlı fikir bildirməyə hazır olmayıb. Ötən həftələrdə ABŞ ordusu saytları bir daha hak edilmişdi ki, buna görə, bu ölkə ordusu təhlükəsizlik yarıqlarının tapılması üçün öz serverlərinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu.