ABŞ-da islamofobiya davam edir
İyun 15, 2015 10:28 Asia/Baku
-
ABŞ-da islamofobiya davam edir
ABŞ-ın Nyu-Hempşir ştatında Peyğəmbərə (s.ə.s) hörmətsizlikdə karikatura müsabiqəsinin keçirilməsi bu ölkədə islamofobiyanın davam etdiyini göstərir.
Səhər Beynəlxalq Televiziyasının WMTV xəbər portalına istinadla verdiyi məlumata görə, ABŞ-ın Nyu-Hempşir ştatında Roçestr şəhərinin sakini Cerri Delmos Amerika qanunlarında ifadə azadlığını bəhanə götürərək, insanları İslam Peyğəmbərinin (s.ə.s) karikaturasını çəkməyə dəvət etmək niyyətindədir.Amerikanın dəniz donanmasının sabiq üzvü olan 60 yaşlı Delmos məşhurlaşmaq üçün bu müsabiqənin keçirilməsinə qərar verib. Belə ki, bir müddət öncə Texasda Amerika Azadlığı Müdafiə qrupu tərəfindən təhqiramiz karikaturaların sərgisi təşkil olunub və iki silahlı şəxsin hücumuna məruz qalıb.
Delmos iddia edir ki, bu müsabiqəni güclü təhlükəsizlik tədbirləri ilə xüsusi bir məkanda keçirəcək və Roçestr polisi də bildirib ki, onun təhlükəsizliyini təmin edəcək.
İslam Peyğəmbərinin (s.ə.s) müqəddəsliyinə hörmətsizlik edən islamofobların hərəkətləri qarşısında ABŞ-ın müxtəlif bölgələrində müsəlmanlar Həzrət Məhəmmədin (s.ə.s) tanınması üçün təbliğat kampaniyaları keçirərək, insanları İslam peyğəmbəri və onun təlimləri ilə tanış etməyə çalışırlar.