Olland Ərəbistanda insan haqlarının pozulmasına münasibət bildirməkdən boyun qaçırdı
https://azeri.sahartv.ir/news/dünya-i194914-olland_Ərəbistanda_insan_haqlarının_pozulmasına_münasibət_bildirməkdən_boyun_qaçırdı
Fransa prezidenti əlcəzairli həmkarı ilə keçirdiyi mətbuat konfransında Parisin Ərəbistanda insan haqları pozulmasına sükut etməsi barədə jurnalistin sualına cavab verməkdən boyun qaçırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 05:01 Asia/Baku
  • Ərəbistanda insan haqlarının pozulmasına münasibət bildirməkdən boyun qaçırdı
    Ərəbistanda insan haqlarının pozulmasına münasibət bildirməkdən boyun qaçırdı

Fransa prezidenti əlcəzairli həmkarı ilə keçirdiyi mətbuat konfransında Parisin Ərəbistanda insan haqları pozulmasına sükut etməsi barədə jurnalistin sualına cavab verməkdən boyun qaçırıb.

Səhər Beynəlxalq Televiziyasının Frans 24 telekanalına istinadla verdiyi məlumata görə, bir jurnalist Fransanın Ərəbistanda insan haqlarının pozulması və başın kəsilməsi ilə edam prosesinin davam etməsini tənqid edib və Parisi demokratiya, insan dəyərləri və insan haqları ilə seçimli davranışda suçlayıb.
Fransa prezidenti Fransua olland bu jurnalistə cavabında deyib: Doğrudur ki, Ərəbistanla və Fars körfəzinin digər ölkələri ilə güclü iqtisadi əlaqələri Fransa üçün önəmlidir. Lakin Paris edama qarşı çıxması barədə öz mövqeyini bildirmişdir.
Olland ötən 2 ay yarımda Fransanın Ərəbistanı Yəmənə təcavüzü, sivilləri kütləvi şəkildə qırğın etməsi, infrastrukturları, tarixi abidələri dağıtmasında dəstəkləməsinə toxunmayıb.