Ukraynanın şərqində toqquşmalar davam edir
İyun 23, 2015 04:55 Asia/Baku
-
Ukraynanın şərqində toqquşmalar davam edir
Ukraynanın şərqində atəşkəsin pozulduğu, toqquşmaların davam etdiyi və bir qrup insanın öldüyü və yaralandığı bildirilir.
İTAR TASS-ın verdiyi məlumata görə, bazar ertəsi günü Ukraynanın şərqində mərkəzi hökumət ilə müxalif olan qüvvələr bildiriblər ki, Ukrayna ordusunun Donetsk vilayətində yerləşən Spartak məntəqəsini top atəşi ilə hədəfə alması nəticəsində bir nəfər həlak olub.Bu məlumata görə, Ukrayna ordusu ilə müxaliflər arasında gedən toqquşmalarda da 5 nəfər yaralanıb. Yaralananlardan 2-si sivil vətəndaş, 3-ü isə müxalif yaraqlılardan olub.
Ukraynada atəşkəsin bərqərar edilməsi ötən fevral ayında Ukrayna hökuməti ilə Rusiya tərəfindən himayə olunan müxalif qüvvələr arasında Minsk şəhərində əldə olunmuş anlaşmanın bir hissəsidir. Buna baxmayaraq, münaqişə tərəfləri qarşılıqlı olaraq bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər.
2014-cü ilin aprelindən indiyə kimi Ukraynanın şərqində gedən toqquşmalarda 6400 nəfərin öldüyü, 1.3 milyon nəfərin isə didərgin düşdüyü bildirilir.
Teqlər