ABŞ-ın BMT TŞ-nin daimi üzvlərinə qarşı casusluq fəaliyyəti ifşa edilib
İyun 25, 2015 18:50 Asia/Baku
MKİ-nin sabiq zabiti deyib: ABŞ hələ bir neçə il öncədən geniş casusluq fəaliyyəti ilə məşğul olub.
Əlcəzirə informasiya kanalının məlumatına görə, Rey Mc Qavern əlavə edib: Wikiliks ABŞ-ın Fransa əleyhinə casusluq fəaliyyəti ilə bağlı yeni sənədlər yayıb. Mənim qənaətimə görə, bu sənədlər heç də təəccübləndirici deyil. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bu kimi fəaliyyətlər üçün geniş imkanlara və iri maliyyə mənbələrinə malikdir.O əlavə edib: ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin büdcəsi 11 sentyabr hadisəsindən öncəki dövr ilə müqayisədə 2 dəfə artıb. Amerikada kəşfiyyat və təhlükəsizlik orqanlarının fəaliyyətlərinə tam nəzarət yoxdur. Bu qurumlar istədikləri hər işi edirlər. Və bacardıqları hər məlumatı əldə edirlər.
MKİ-nin sabiq zabiti həmçinin deyib: bu qurumlar nəzarətin olmadığı üçün düşmən casusluq təşkilatlarına çevriliblər. Və istədikləri şəxs barəsində istədikləri işi görürlər. Hətta, BMT TŞ-nin daimi üzvlərinə qarşı belə casusluq edirlər.