Küveyt, Tunis və Fransa terror hücumlarına məruz qalıb
İyun 26, 2015 19:24 Asia/Baku
Bu gün Fransa, Küveyt və Tunisdə baş verən terror aktlarında onlarla nəfər ölüb və yaralanıb.
İRİB-nin məlumatına görə, Fransanın Lion şəhərində bir emalatxanada baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Lion şəhərində qaz emalatxanasına hücum edən şəxs həbs edilib.Fransa dövləti bu gün səhər baş vermiş bu hadisənin ardınca həssas məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Fransa prezidenti Fransua Oland bu hadisənin ardınca Avropa Birliyi ölkələrinin sammitini tərk edərək, Fransaya qayıdıb.
Bu gün Küveytdə də şiələrin məscidində baş verən partlayışda 13nəfər həlak olub, 15nəfər də yaralanıb.
Əl-Həds informasiya kanalının məlumatına görə, İŞİD bu hadisənin məsuliyyətini üzərinə götürüb.
Həmçinin, bu gün Tunisdə, Susə sahil şəhərində baş vermiş terror aktında 27 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu hadisə nəticəsində həlak olanlar başqa ölkə vətəndaşlarıdırlar.