Rusiya Ukraynaya qaz təhvilini dayandırıb
https://azeri.sahartv.ir/news/dünya-i195402-rusiya_ukraynaya_qaz_təhvilini_dayandırıb
Rusiyanın Qazprom şirkəti bu gün özünün Ukraynaya qaz ixracatının dayandırıldığını təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2015 13:21 Asia/Baku
  • Rusiya Ukraynaya qaz təhvilini dayandırıb
    Rusiya Ukraynaya qaz təhvilini dayandırıb

Rusiyanın Qazprom şirkəti bu gün özünün Ukraynaya qaz ixracatının dayandırıldığını təsdiqləyib.

IRIB-nin Frans-Press-ə istinadlı məlumatına görə, Qazprom-un sərəncamçı müdiri Aleksey Miller bir bəyanatda bildirib: Ukrayna iyun ayı üçün qaz təhvili pulunu ödəməyib. İyulun biri, səhər saat ondan Qazprom-un Ukraynaya qaz ixracatı dayandırılıb.
O, əlavə edib: Qazprom öncədən ödəniş edilmədən Ukraynaya qaz təhvil verməyəcək.
Bu xəbər Ukraynanın qiymət barədə müzakirələrin uğursuz qalmasından sonra Rusiyadan bütün qaz alqılarını dayandıracağını bildirməsindən sonra yayılıb.