BMT Boko Haram qruplaşması ilə mübarizəni vurğuladı
İyul 02, 2015 09:58 Asia/Baku
BMT İnsan Haqları Ali Komissarlığı Çad gölü ətrafındakı ölkələrin Boko Haram qruplaşmasının hərəkətlərinə qətiyyətli cavab vermələrini istəyib.
Səhər Beynəlxalq Televiziyasının Sin-Xoa İnformasiya Agentliyinə istinadlı məlumatına görə, BMT İnsan Haqlarının ali komissarı Zeyd Rəəd əl-Hüseyn bildirib: Bu qurumun müxtəlif qrupları Boko Haram tərəfindən insan haqlarının pozulması halları barədə sənədləri hazırlamaqdadırlar.BMT rəsmisi Boko Haram qruplaşmasının hərəkətlərini nigaranedici dəyərləndirərək Çad gölü ətrafındakı ölkələri qruplaşmaya qətiyyətli reaksiya verməyə çağırıb.
Zeyd Rəəd əl-Hüseyn əlavə edib: Kamerunun şimalı, Nigeriyanın şimal-şərqi, Nigerin cənubu və Cadın bəzi hissələri bu təşkilatın ekspertləri tərəfindən araşdırılır və bununla əlaqədar hesabat 2015-ci ilin sentyabr ayında BMT-yə təqdim olunacaq.
Bu ekspertlər tərəfindən indiyə qədər elan olunan hallardan, sivillərin işgəncəsi, evlərin dağıdılması və yandırılması, məktəblər və xəstəxanaların qarət edilməsi, cinsi quldarlıq və uşaqlardan hərbi qruplarda istifadə etməyə toxunmaq olar.
Boko Haram qruplaşması 2009-cu ildən Nigeriyaya hücumlara başlayıb və ha-hazırda öz "fəaliyyətini" Kamerun, Çad və Nigerə genişləndirib.