Ermənistanı “İsgəndər-M” raketləri ilə təchiz etmək üçün danışıqlar gedir
İyul 03, 2015 13:01 Asia/Baku
-
“İsgəndər-M” raketləri
Rusiya Ermənistanın “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparır. Bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə dövlət informasiya agentliyi TASS-a açıqlamasında bildirib.
Ermənistan parlamenti iyulun 2-də Rusiyadan “ən müasir silah və texnikanın alınmasına” dair kredit sazişini ratifikasiya edib. Rusiya bu məqsədlə Ermənistana 13 illiyinə 200 milyon dollar ayırıb. Ermənistan silahları Rusiyadan zavod qiymətinə alacaq.Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.
Qaynaq, “İsgəndər-M” raketlərinin Ermənistanda yerləşdirilməsini Azərbaycanın İsrail rejiminə “Green Pine” radar kompleksi və “Barak-8” raketlərini sifariş etməsi ilə əlaqəli bilib.
Teqlər