İyul 05, 2015 15:24 Asia/Baku
  • İraqın Fəllucə şəhərində İŞİD bazası məhv edilib
    İraqın Fəllucə şəhərində İŞİD bazası məhv edilib

İraq ordusunun qüvvələri terrorçu İŞİD qrupunun Ələnbar vilayətindəki Fəllucə şəhərində yerləşən bir bazasını məhv ediblər.

Ərəbcə Skay-Nyus telekanalının məlumatına görə, İraqın Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin hava qüvvələri terrorçu İŞİD qrupunun Fəllucənin Amiriyyə məntəqəsində yerləşən bir bazasını bombalaya və çoxlu sayda terrorçunu öldürə biliblər.
Digər xəbərə görə, İraq Hizbullahı qüvvələrinin terrorçuların İraqın Səlahəddin vilayətinin Tikrit şəhərinin cənubundakı Əlishaqi məntəqəsində yerləşən qərargahına qarşı hücumunda İŞİD ünsürlərindən 40 nəfər ölüb və bir qrup İŞİD-çi də yaralanıbdır.
Həmçinin xalq könüllüləri tərəfindən dəstəklənən iraqlı qüvvələrlə terrorçular arasında Bicinin şimalında şiddətli döyüşlər gedir.
İraqın təhlükəsizlik mənbələri də bildiriblər ki, bu ölkənin təhlükəsizlik qüvvələri İraqın Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şimalındakı Həmərəyn dağlarında yerləşən kəndlər və məntəqələrdə bir əməliyyat keçiriblər. Onlar 21 İŞİD terrorçusunu, o sıradan Misir vətəndaşlığına malik olan Əbu Təlhə Əlumrani adlı İŞİD başçısını öldürə biliblər.
Digər tərəfdən, bir mərminin Bəqubənin şimalındakı Əlfurat və Əlrəbii Valamə qəsəbələrinə dəyməsi nəticəsində on bir mülki həlak olub, səkkiz nəfər də yaralanıbdır.

Teqlər