İyul 11, 2015 09:34 Asia/Baku
  • Moqerini: Nüvə müzakirələrində həssas qərarların vaxtı gəlib çatıbdır
    Moqerini: Nüvə müzakirələrində həssas qərarların vaxtı gəlib çatıbdır

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib ki, İran nüvə müzakirələri tərəfləri indiyədək razılaşmaya bu qədər yaxın olmayıblar.

ISNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini dünən gecə CNN ilə xüsusi söhbətdə biidirib: Nüvə müzakirələrində həssas qərarların vaxtı gəlib çatıbdır və bəzi tamamilə siyasi məsələlərin müzakirələr gedişində həlli lazımdır.
Moqerini Vyana müzakirələri gedişinə işarə edərək, deyib: Biz bacardığımız həddə razılaşmaya yaxınlaşmışıq, indiyədək bu qədər razılaşmaya yaxın olmamışdıq. Bununla belə, bu avropalı diplomat söyləyib: Razılaşmaya nail olmaq imkanı mövcuddur, amma bu məsələ qəti deyil və həssas siyasi və tarixi qərarların çıxarılmasına ehtiyaclıdır.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib: Bu razılaşmaya nail olmaq region və dünyanı daha əmin-aman edəcək.

Teqlər