İyul 14, 2015 10:14 Asia/Baku
  • Yunanıstan BFV-nin kreditlərini ödəyə bilməz
    Yunanıstan BFV-nin kreditlərini ödəyə bilməz

Yunanıstan hökumətinin məlumatlı dairələri bildiriblər ki, bu ölkə Beynəlxalq Valyuta Fonduna 450 milyon avroluq kreditini ödəyə bilməyəcək.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Yunanıstan hökumətinin məlumatları dairələri bildiriblər: Yunanıstanın bu krediti ödəyə blməyəcəyinin səbəbi ölkədəki likvidliyin ağır vəziyyətidir. İqtisadi ekspertlər bu barədə bildiriblər ki, Yunanıstanın Beynəlxalq Valyuta Fonduna bu kreditini ödəyə bilməyəcəyi elə bir haldadır ki, bu ölkə ötən ay da 1 milyard 600 milyonluq kreditini fonda ödəyə bilməmişdi.
Yunanıstanın 240 milyard avroluq maliyyə yardımlarının bir hissəsini təmin edən BVF bu barədə bildirib: Afina yalnız gecikmiş kreditlərii ödədiyi zaman əlavə maliyyə yardımlarından faydalan biləcək.

Teqlər