Milyonlarla müsəlman bu gün Fitir bayramını qeyd edib
https://azeri.sahartv.ir/news/dünya-i195982-milyonlarla_müsəlman_bu_gün_fitir_bayramını_qeyd_edib
Müsəlmanlardan bir çoxunun ayın görünməsinin intizarında olması ilə bir vaxtda bir neçə ərəb və islami ölkədə milyonlarla müsəlman bu gün Fitir bayramını qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 12:54 Asia/Baku
  • Milyonlarla müsəlman bu gün Fitir bayramını qeyd edib
    Milyonlarla müsəlman bu gün Fitir bayramını qeyd edib

Müsəlmanlardan bir çoxunun ayın görünməsinin intizarında olması ilə bir vaxtda bir neçə ərəb və islami ölkədə milyonlarla müsəlman bu gün Fitir bayramını qeyd edib.

Ərəbistan, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Qətər, İordaniya, Malayziya, Suriya, Fələstin, Əlcəzair, Livan, Küveyt, Rusiya, Filippin, İndoneziya və Fransa bu günü Fitir bayramı elan etmiş ölkələr sırasından olublar.
İran, Azərbaycan Respublikası, İraq(şiələr), Mərakeş və Omanda cümə mübarək Ramazan ayının sonuncu günü və şənbə, Fitir bayramı və şəvval ayının birinci günü elan olunub.
Suriya prezidenti bu gün özünün Fitir bayramı namazını Dəməşqdəki Əlhəmd came məscidində qılıb.
Həmçinin Bəşşar Əsəd bu gün milli barışıq üzrə səyləri himayə istiqamətində 400-dən çox məhbusun azad edilməsi haqda göstəriş veribdir.