İyul 20, 2015 08:57 Asia/Baku
  • Eşton Karter - ABŞ müdafiə naziri
    Eşton Karter - ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri İrana qarşı hərbi seçimin qüvvədə qaldığını vurğulayıb.

Fransa xəbər agentliyinin məlumatına görə, ABŞ-ın müdafiə naziri Eşton Karter bazar günü deyib: İran və 5+1 qrupu arasında nüvə müzakirələri ilə bağlı yekun anlaşmanın əldə olunması, İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün Pentaqonun hərbi seçimdən vaz keçməsi mənasında olmayacaq.
Eşton Karter İrana qarşı hərbi seçimin qorunması və gücləndirilməsinə təkid edərək, vurğulayıb: Vaşinqton İsrail və Ərəbistan kimi öz ənənəvi müttəfiqləri ilə hərbi əməkdaşlıqlarını möhkəmləndirməyi davam etdirəcək.
ABŞ-ın müdafiə naziri həmçinin, regionda terrorçu qruplaşmaların təsis və himayə edilməsində ölkəsinin aparıcı rol oynamasına işarə etmədən, deyib: İŞİD-in Yaxın Şərqdəki fəaliyyətlərini nəzərə alaraq, Amerika davamlı olaraq bu regiondakı iştirakını gücləndirməlidir.

Teqlər