Fransua Olland: “Fransa “Mistral” aviadaşıyıclarına görə cərimə ödəməməlidir"
https://azeri.sahartv.ir/news/dünya-i196541-fransua_olland_fransa_mistral_aviadaşıyıclarına_görə_cərimə_ödəməməlidir_
Fransa prezidenti Fransua Olland rəsmi Parisin “Mistral” aviadaşıyıcılarının Rusiyaya çatdırılmaması müqabilində cərimə ödəməyəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2015 06:21 Asia/Baku
  • Fransua Olland: “Fransa “Mistral” aviadaşıyıclarına görə cərimə ödəməməlidir
    Fransua Olland: “Fransa “Mistral” aviadaşıyıclarına görə cərimə ödəməməlidir"

Fransa prezidenti Fransua Olland rəsmi Parisin “Mistral” aviadaşıyıcılarının Rusiyaya çatdırılmaması müqabilində cərimə ödəməyəcəyini bildirib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yalnız aviadaşıyıcılara və hərbçilərə təlim keçilməsi müqabilində Rusiyanın ödədiyi məbləğ geri qaytarılacaq.

Süveyş kanalının yeni qolunun açılış mərasimində iştirak edən F. Olland aviadaşıyıcılar üçün yeni alıcıların nəzərdən keçirilməyəcəyini də bildirib.

Daha əvvəl Fransanın müdafiə naziri Jan-İv le Drian bir neçə ölkənin “Mistral” aviadaşıyıcıları ilə maraqlandığını açıqlayıb.

Xatırladaq ki, Fransa Krım və Ukraynanın şərqindəki hadisələrlə əlaqədar Rusiyaya aviadaşıyıcıların göndərilməsindən imtina edib.

Artıq Rusiya və Fransa “Mistral” tipli aviadaşıyıclarla bağlı müqaviləni dayandırıb.

Fransa isə Rusiyaya ilkin ödənişi geri qaytarıb.