Ukrayna ordusu və silahlı müxaliflər arasında toqquşmalar şiddətlənib
Avq 13, 2015 06:23 Asia/Baku
-
Ukrayna ordusu və silahlı müxaliflər arasında toqquşmalar şiddətlənib
Ukraynanın şərqində ordu qüvvələri ilə silahlı qiyamçılar arasında toqquşmalar şiddətlənib. Ötən sutka ərzində ən azı 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
İnterfaks xəbər agentliyi bildirir ki, Ukrayna dövlətinin anti-terror əməliyyatı üzrə sözçüsü Andrey Lisenko Kiyevdə təşkil etdiyi mətbuat konfransında deyib: Ukraynanın şərqində, Donbasda həyata keçirilən bu əməliyyat zamanı ötən 24 saat ərzində ordunun bir hərbçisi həlak olub, daha 3 nəfər isə yaralanıb.Ukraynanın şərqində yerləşən Donetsk məntəqəsində də iki mülkinin yaralandığı bildirilib. Donetskin Volnovaxa məntəqəsində bir qadın mina partlayışı nəticəsində yaralanıb və xəstəxanaya köçürülüb.
Toqquşmaların digər sivil qurbanı isə Avdiyivka məntəqəsindən olan bir kişi olub. O da mina partlaması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya köçürülüb.
Son günlər Ukraynanın şərqində atəşkəsin pozulması ilə vəziyyət daha da gərginləşib. Ukraynın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov çərşənbə günü deyib: Ukrayna ordusu Donbas vilayətinə silah və hərbi texnika toplamağa başlayıb. Eyni zamanda atəşkəslə bağlı Minskdə əldə olunmuş anlaşmaya da riayət olunur.
Turçinov əlavə edib: Kiyev Ukraynanın şərqində aktiv müdafiəni genişləndirməkdədir və bu addım ilə bu ölkənin silahlı qüvvələri yeni silahlar və hərbi texnika ilə təchiz ediləcəklər.
Teqlər