Putin: Ukraynada idarəetmə xaricilərin əlindədir
https://azeri.sahartv.ir/news/dünya-i196849-putin_ukraynada_idarəetmə_xaricilərin_əlindədir
Rusiya prezidenti Ukraynanın əcnəbilər tərəfindən idarə olunduğunu və ölkənin şərqində gərginliyi daha da alovlandırdıqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2015 06:10 Asia/Baku
  • Putin: Ukraynada idarəetmə xaricilərin əlindədir
    Putin: Ukraynada idarəetmə xaricilərin əlindədir

Rusiya prezidenti Ukraynanın əcnəbilər tərəfindən idarə olunduğunu və ölkənin şərqində gərginliyi daha da alovlandırdıqlarını bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü deyib: Ukrayna xaricilərin əlinə keçib. Bu isə Ukrayna xalqı üçün bir təhqirdir.
Putin Krım yarımadasına olan səfəri zamanı, Ukraynanın hazırkı problemlərə rəğmən, yaxşı yolda inkişaf edəcəyindən, bu təhqiramiz vəziyyətə son qoyacağından əmin olduğunu bildirib.
Ukrayna ötən ilin dekabrında qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsinin şahidi oldu.
Onların arasında bir Amerika, bir Gürcüstan və bir də Litva vətəndaşı var.
Bu şəxslər Ukrayna dövlətində həssas vəzifələrə təyin ediliblər. Amerikan Natali Yarskov əsasən ABŞ Dövlət Departamenti üçün işləyir. O, hazırda Ukraynanın maliyyə naziridiri.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Krım yarımadasında turizmin genişləndirilməsi məqsədilə, Krıma, Yalta şəhərinə səfər edib.
Rusiya ötən il Ukrayna ərazisi olan Krımı öz ərazisinə birləşdirdi.