ABŞ-da atışma: iki ölü, beş yaralı
https://azeri.sahartv.ir/news/dünya-i196912-abŞ_da_atışma_iki_ölü_beş_yaralı
ABŞ-da Nyu-York ştatının qərbindəki Roçester şəhərində atışma zamanı iki nəfər ölüb, beş nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2015 08:22 Asia/Baku
  • ABŞ-da atışma: iki ölü, beş yaralı
    ABŞ-da atışma: iki ölü, beş yaralı

ABŞ-da Nyu-York ştatının qərbindəki Roçester şəhərində atışma zamanı iki nəfər ölüb, beş nəfər isə yaralanıb.

Assoşieyted Press xəbər agentliyinin məlumatına əsasən, hadisə çərşənbə günü bir ictimai təşkilatın binasının yaxınlığında baş verib.

Həlak olanların kimliyi barədə məlumat daxil olmayıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.