Ukrayna prezidentinin Putinə sərt cavabı
https://azeri.sahartv.ir/news/dünya-i196948-ukrayna_prezidentinin_putinə_sərt_cavabı
Ukrayna prezidenti ukraynalıları ruslara qardaş xalq adlandırmış Rusiya prezidentinin son sözlərinə sərt cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2015 13:30 Asia/Baku
  • yotr Poroşenko
    yotr Poroşenko

Ukrayna prezidenti ukraynalıları ruslara qardaş xalq adlandırmış Rusiya prezidentinin son sözlərinə sərt cavab verib.

IRNA-nın Lenta.ru saytına istinadlı məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko cümə günü bildirib ki, müharibə şəraitində iki ölkə arasında heç bir qardaşlıq əlaqəsi mövcud ola bilməz.
O, iddia edib ki, Ukrayna xalqı yekdilliklə Avropa ilə inteqrasiyaya doğru hərəkət edir, Rusiya xalqı isə dərin böhrana qərq olubdur.
Ukrayna prezidenti həmçinin iddia edibdir ki, Ukrayna qüdrətli yerli idarəçilik sisteminə malik olduğu üçün Rusiyadan fərqlənir və bu amil Ukraynanı Avropaya yaxınlaşdıran fərqləndirici cəhətdir.
Rusiya prezidenti Vladimir Putin son zamanlar 18 ay bundan öncə Rusiya torpağına qatılmış Krım yarımadasına səfəri zamanı etdiyi çıxışda ruslar və ukraynalıları bir xalq adlandıraraq, ümidvarlıq etdi ki, Ukrayna öz gələcəyini Rusiya ilə yanaşı olmaq üzərində quracaq.
Rusiya prezidentinin vurğuladığına görə, bu ölkədə üç milyona yaxın ukraynalı yaşayır ki, onların əksəriyyətini əsgəri xidməti yaşlarında olan kişilər təşkil edir. O, əminlik verib ki, Ukrayna mövcud çətinliklərin öhdəsindən gələcək və inkişaf və tərəqqi yolunda hərəkət edəcəkdir.