Avq 23, 2015 14:16 Asia/Baku
  • Kanadanın Kvebek vilayətinin müsəlmanları dövlətin yeni layihəsinə etiraz ediblər
    Kanadanın Kvebek vilayətinin müsəlmanları dövlətin yeni layihəsinə etiraz ediblər

Kanadadkı islami qruplar Kvebek vilayətində yeni anti-İslam layihəsinə etiraz ediblər.

CTV xəbər portalının məlumatına görə, Kanadalı Müsəlmanlar Cəmiyyətinin sədri Səmir Məczub bildirib ki, yeni layihənin məqsədləri məlum deyil və onda qeyd olunan hallar dəqiq tərifə malik deyillər.
Kanadalı müsəlmanlar deyirlər ki, "nifrətli danışıq" ilə mübarizə adlı bu layihənin niyyəti məlum deyil və ola bilsin, ədalətsiz şəkildə müsəlman vətəndaşları hədəfə almış olsun.
Kanadalı Müsəlman Qadınlar Şurası da bildirib ki, lahiyədə qeyd olunan bəzi hallar müsəlmanlara qarşı qeyri-düzgün təsəvvürləri qızışdırır.
Kanada rəsmiləri iddia edirlər ki, bu layihə bu ölkə vətəndaşlarının İŞİD-ə qoşulmaları ilə mübarizə üçündür və islamofobiya və anti-İslam hücumlarla mübarizə kimi hədəfləri izləyir.
Kanadalı müsəlmanlar son illər xüsusən müsəlman qadınlara qarşı islamofobiya və anti-İslam hücumların artması ilə üzləşirlər.
Kanada dövlətinin İŞİD ilə mübarizə üzrə iddiası elə bir halda irəli sürülür ki, Ottava Vaşinqtonun kənarında İraq və Suriyadakı terror qruplarının əsas himayəçiləridirlər.

Teqlər