Avq 26, 2015 10:26 Asia/Baku
  • “Fateh 313” İranda ballistic raketlərinin daha da modernləşdirildiyini göstərdi
    “Fateh 313” İranda ballistic raketlərinin daha da modernləşdirildiyini göstərdi

Dünyada hərbi araşdırmalar sahəsində ən mötəbər mərkəzlərdən sayılan “İHS Cinz” analitik müəssisəsi İran İslam Respublikasında ballistic raketlərin dizaynı və istehsalı sahəsində ciddi addımların atıldığını bildirib.

Britaniyada fəaliyyət göstərən həmin müəssisənin xəbər portalında yer alan məlumatda qeyd olunur ki, ballistic Fateh 313 raketinin 500 kilometr mənzilə malik olması İranın hərbi sənayesinə ciddi nailiyyətdir.
Xatırladaq ki, 500 kilometrlik mənzilə malik Fateh-313 raketinin təöqdimatı avqustun 22-də keçirilib. Bu raket İran Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatının alimləri, tədqiqatçıları və mütəxəssisləri tərəfindən, daxili və xarici imkanlardan və yerli texnologiyadan bəhrələnməklə konstruksiya edilərək, düzəldilib.
Fateh tipli raketin yeni növü sayılan Fateh-313 raketinin konstruksiyasında onun korpusunun yüngülləşdirilməsindən əlavə, bərk yanacaq üzrə modern elektrik gərginliyi qoruyucularından istifadə edilibdir.
Fateh-313 raketinin uğurla sınaqdan keçirilməsindən sonra onun iri həcmdə istehsalı İran Müdafiə Nazirliyinin gündəminə salınıbdır.
Bu raketin istehsalı ilə İran 500 kilometrlik mənzilə malik bərk yanacaqla işləyən raketə malik az sayda ölkələr sırasına qoşulub.