Ukraynanın şərqində gedən qarşıdurmalar şiddətlənib
Avq 29, 2015 05:03 Asia/Baku
-
Ukraynanın şərqində gedən qarşıdurmalar şiddətlənib
Beynəlxalq müşahidəçilər Ukraynanın şərqində gedən qarşıdurmaların şiddətlənməsindən xəbər verirlər.
İTAR TAS-ın verdiyi məlumata əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri bir bəyanatda qeyd ediblər: Donetsk hava limanında Ukrayna hərbçiləri ilə müxalif qüvvələr arasında gedən qarşıdurma daha da şiddətlənib.Bəyanatda qeyd olunur: Donetskin şimal şərqində Makioka şəhərində Rusiyanın humanitar yardımlarını daşıyan 67-dən ibarət bir karvanı müşahidə ediblər. Daxil olan məlumata əsasən Lohansk əhalisi Qırmızı Xaç Təşkilatının yaxınlığında aksiya keçirərək Ukraynanın şərqində Kıyevdə gedən qarşıdurmaların dayandırılmasını istəyirlər. 2014-15 aprel tarixində Ukraynanın şərqindəki qarşıdurmalara bu məntəqədə dövlətin anti-terror əməliyyatlı ilə başlandı.
Qeyd edək ki, bu günə kimi Ukraynanın şərqində gedən qarşıdurmalar 6 min 500 nəfərdən çox insanın ölümünə səbəb olub.
Teqlər