Müxaliflər Ukrayna ordusunu atəşkəsi pozmaqda suçlayıblar
Avq 30, 2015 13:19 Asia/Baku
-
Müxaliflər Ukrayna ordusunu atəşkəsi pozmaqda suçlayıblar
Müxaliflər Ukrayna ordusunu bu ölkənin şərq məntəqələrinə qarşı hücuma israrda ittiham ediblər.
İnterfaks-ın məlumatına görə, müxaliflər bildiriblər ki, Ukraynanın ordu qüvvələri bazar günü Donetskdə on beş dəfə atəşkəs qaydalarını pozublar.Onların sözlərinə görə, Kiyev qüvvələri Spartak, Saxanka və Zaytsev məntəqələrini hücuma məruz qoyublar.
Müxaliflərin başçılarından olan Edvard Basurin də deyib ki, Ukrayna ordusu Donetskdə bir kimyəvi elektrik stansiyasını hədəfə alıbdır.
Ukraynanın şərqindəki döyüşlər 2014-cü il aprelin 15-də dövlətin bu məntəqədə anti-terror əməliyyatı ilə başlanıb.
Tərəflər dəfələrlə bir-birilərini bu razılaşmanı pozmaqda ittiham ediblər. İndiyədək Ukrayanın şərq döyüşlərində 6500-dən çox insan həlak olub.
Teqlər