Rusiya və Belarusun havadan müdafiə müştərək sistemi fəaliyyətə başlayır
https://azeri.sahartv.ir/news/dünya-i197490-rusiya_və_belarusun_havadan_müdafiə_müştərək_sistemi_fəaliyyətə_başlayır
Rusiyanın Aeronavtika qüvvələri komandanının müavini bildirib: Rusiya və Belarus silahlı qüvvələri iki ölkənin havaan müdafiə müştərək sistemini tətbiq edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2015 15:17 Asia/Baku
  • Rusiya və Belarusun havadan müdafiə müştərək sistemi fəaliyyətə başlayır
    Rusiya və Belarusun havadan müdafiə müştərək sistemi fəaliyyətə başlayır

Rusiyanın Aeronavtika qüvvələri komandanının müavini bildirib: Rusiya və Belarus silahlı qüvvələri iki ölkənin havaan müdafiə müştərək sistemini tətbiq edəcəklər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya Ordusu Müştərək Qərargahının rəisi və Aeronavtika Qüvvələri komandanının müavini Pavel Kuraçenko jurnalistlərə verdiyi açıqlamada deyib: Rusiya və Belarusun Müdafiə Nazirlikləri hazırda anlaşma üzərində işləyirlər. Bu, iki ölkənin müştərək havadan müdafiə sisteminin qurulması qanunları ilə əlaqədardır və 2016-cı ilin sonuna qədər icra olunacaq.


Rusiya və Belarus 2009-cu ildə iki ölkənin hava zolağının mühafizə olunması və müştərək havadan müdafiə sisteminin yaradılması sahəsində anlaşma imzalayıblar. Rusiya həmin il bu anlaşmanı təsdiqləyib və Belarus 3 il sonra yəni 2012-ci ildə onu təsdiqləyib.


Kuraçenko bildirib: Belarusun Hərbi Hava Qüvvələri komandanı general Oleq Dviqaliyev iki ölkənin havadan müdafiə sisteminə rəhbərlik edəcək.


O deyib: Rusiya həmçinin Qazaxıstanla müştərək havadan müdafiə sistemini yaratmaq istəyir və iki ölkə 2013-cü ildə bu sahədə anlaşma imzalayıblar.


Rus rəsmisinin sözlərinə görə, Rusiya Ermənistan, Qazaxıstan və Tacikistanla da müştərək havadan müdafiə sistemi yaratmaq niyyətindədir.