Qafqazda müsəlman ruhani həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i197491-qafqazda_müsəlman_ruhani_həlak_olub
Rusiyanın Qafqaz bölgəsində silahlı şəxslərin hücumu nəticəsində bir müsəlman ruhani həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2015 15:18 Asia/Baku
  • Qafqazda müsəlman ruhani həlak olub
    Qafqazda müsəlman ruhani həlak olub

Rusiyanın Qafqaz bölgəsində silahlı şəxslərin hücumu nəticəsində bir müsəlman ruhani həlak olub.

Səhər Beynəlxalq Televiziyasının World Bulleten xəbər portalına istinadla verdiyi məlumata görə, Rusiya rəsmiləri bildiriblər: Motosikletli silahlı şəxslər çərşənbə günü Dağıstanda məscidə daxil olmazdan öncə bir müsəlman ruhanini terror ediblər.


Rusiya rəsmilərinin bildirdiyinə görə, Dağıstanda müsəlman ruhanini terror edənlər hadisə yerindən qaçıblar. Lakin onların həbs olunması üçün səylər davam edir.


Məlumata görə, Dağıstanda terror olunan müsəlman ruhani islam dininin mötədillik və mehribanlıq dini olmasını genişləndirmək üçün geniş təbliğat aparıb.


Dağıstan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bir müddət öncə bildirmişdi ki, Rusiya təhlükəsizlik qüvvələrinin Qafqaz İslam İmarəti qruplaşmasına qarşı Gimri kəndi yaxınlığında apardığı 2 günlük əməliyyatda 4 nəfər, o cümlədən bu qruplaşmanın başçısı Məhəmməd Süleymanov öldürülüb.