Ukrayna prezidenti Rusiyanın hücumu barədə xəbərdarlıq edib
Sen 09, 2015 15:19 Asia/Baku
-
Ukrayna prezidenti Rusiyanın hücumu barədə xəbərdarlıq edib
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukraynaya hücumu barədə xəbərdarlıq edib.
Səhər Beynəlxlq Televiziyasının məlumatına görə, Poroşenko çərşənbə axşamı günü Nazirlər Kabinetinin iclasında deyib: Son günlərdə ölkənin şərqində şəraitin sakit olmasına baxmayaraq, Rusiyanın Ukraynaya hərtərəfli hərbi hücum etimalı vardır.Rusiyanın Ukraynada ərzaq məhsullarının idxalına qadağa qoymaqla bu ölkədə iqtisadi səbatsızlıq yaratmaq ardınca olduğuna toxunan Poroşenko əlavə edib: Ukraynanın 2015-ci ilin dekabr ayına qədər Rusiyaya olan 3 milyard dollarlıq borcunu ödəməklə bağlı Moskvanın israrı da Ukraynada de-stabilliyin yaradılması üzrə Rusiyanın planlarından biridir.
Rusiyanın maliyyə naziri Anton Silvanov bazar ertəsi günü bildirib ki, Moskva Ukraynanın Rusiyaya 3 milyard dollarlıq borcunu ödəməkdən çəkindiyi halda, beynəlxaq ədliyyə strukturlarına şikayət edəcək.
BMT insan haqları üzrə ali komissarı deyib: 2014-cü ilin aprel ayının ortalarından ümumilikdə 8 minə yaxın şəxs Ukraynanın şərqindəki münaqişə nəticəsində həlak olub.
Zeyd Rəəd əl-Hüseyn çərşənbə axşamı günü mətbuat bəyanatında bu hesabatı elan edərək xatırladıb: Atışma nəticəsində həlak olan sivillərin əksəriyyəti müxaliflərin nəzarət etdiyi bölgələrdə yaşayırmışlar.
Teqlər