Putin: Suriyaya hərbi dəstəyi davam etdiririk
Sen 15, 2015 15:50 Asia/Baku
-
Putin: Suriyaya hərbi dəstəyi davam etdiririk
Rusiya prezidenti bildirib ki, ölkəsi Suriya dövləti və bu ölkəyə hərbi dəstəyi davam etdirəcək.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə,Vladimir Putin deyib: Rusiya Suriya dövləti və bu ölkəyə hərbi köməyini davam etdirəcək.Rusiya prezidenti bildirib: Suriya prezidenti Bəşşar Əsəd mötədil müxaliflərin iştirakı ilə hökumət təşkil etməyə hazırdır. Lakin hazırkı şəraitdə prioritet terrorizmlə mübarizədir.
Terrorçuların region və dünya ölkələri üçün təhlükəsinə toxunan Putin deyib: Əgər Suriyanı dəstəkləməsəydik Suriyanın şəraiti Liviyanın bugünkü şəraitindən ağır idi.
Rusiya prezidenti Suriya və İraq ordularının terrorizmlə mübarizə istiqamətində böyük cəbhənin təşkil olunmasının vacibliyini vurğulayıb və terrorizmlə mübarizə üçün ideoloji ixtilafların kənara qoyulması və birgə səylərin göstərilməsini istəyib.