Putin İŞİD-in planları barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i197704-putin_İŞİd_in_planları_barədə_xəbərdarlıq_etdi
Vladimir Putin: İŞİD Məkkə, Mədinə və Beytül-Müqəddəs şəhərləri ilə bağlı planlara malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 14:44 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Vladimir Putin: İŞİD Məkkə, Mədinə və Beytül-Müqəddəs şəhərləri ilə bağlı planlara malikdir.

İRİB-nin məlumatına görə, Raşa Tudey informasiya portalı yazır: Vladimir Putin Tacikistanda Kollektiv Təhlükəsizlik Paktının iclasında deyib: Vəziyyət son dərəcə ciddidir və Moskva İŞİD terrorçularının Məkkə, Mədinə və Beytül-Müqəddəslə bağlı planlarını aşkar formada elan etmələrindən nigarandır. Onlar öz fəaliyyətlərini Avropa, Rusiya, Mərkəzi Asiya və cənub-şərqi Asiyaya genişləndirmək istəyirlər.

Rusiya: Suriyaya hərbi yardımların məqsədi regional faciəni önləməkdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü isə deyib: Moskvanın Dəməşqə hərbi yardımlar etməsində məqsəd terrorizm ilə mübarizə aparmaq, Suriyanın müstəqilliyini təmin etmək və regionda "tam fəlakət"i önləməkdir.

Royter-in məlumatına görə, Mariya Zaxarova bu xüsusda ABŞ rəsmilərinin mövqeyini də tənqid edib.