Amerika Rusiyanı veto haqqından məhrum etmək istəyir
Sen 23, 2015 16:21 Asia/Baku
-
Amerika Rusiyanı veto haqqından məhrum etmək istəyir
ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto haqqına malik olmasının TŞ-nin etibarına xələl gətirdiyini iddia edərək, Amerika və müttəfiqlərinin Rusiyanın mövqeyini görməməzliyə vurmaq qərarına gələ biləcəklərindən xəbər verib.
Fars xəbər agentliyinin məlumatına görə, bu iddi BMT-nin təsis edilməsinin 70 illiyi ərəfəsində səsləndirilir. Amerika Rusiyanın öz veto haqqından Suriyanın xeyrinə istifadə etməsindən xeyli qəzəblənib.ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Paver İngiltərədə çıxan Quardiyan qəzeti ilə müsahibədə Rusiyanın BMT-də Suriyanı himayə etməsi barədə deyib: Bura bir Darvinizm dünyasıdır. Əgər hər hansı bir heyətin bacarıqsızlığı və yetərsizliyi aşkar olarsa, digər tərəflər başqa bir məkana doğru yerlərini dəyişmiş olarlar. Əgər bu yetərsizlik Suriya və Ukrayna məsələlərindən daha uzağa gedərsə, şübhəsiz BMT-nin Təhlükəsizlik Şurasının etibarı, mövqeyi və fəaliyyəti ciddi təhlükə ilə üzləşmiş olacaq.
Rusiyanı ümumi qərar əleyhinə veto haqqından istifadə etməkdə ittiham edən Amerikanın özü dəfələrlə İsrail rejiminin xeyrinə öz veto haqqından istifadə edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə deyib: Bəzi ölkələr Suriyada hakim quruluşun dəyişdirilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasından bir vasitə kimi istifadə etməyə çalışırlar. Buna görə də bu məsələnin BMT TŞ-nin rolu ilə bağlı deyilənlərə heç bir əlaqəsi yoxdur.
Teqlər