Yukiya Amano Nyu-Yorkda İran xarici işlər naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/dünya-i197916-yukiya_amano_nyu_yorkda_İran_xarici_işlər_naziri_ilə_görüşüb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Nyu-Yorkda İran xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2015 07:41 Asia/Baku
  • Yukiya Amano Nyu-Yorkda İran xarici işlər naziri ilə görüşüb
    Yukiya Amano Nyu-Yorkda İran xarici işlər naziri ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Nyu-Yorkda İran xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Amano bu görüşdə ötən həftə Tehrana səfəri və İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsindən razılıq edərək agentlik və İranın əsasən də nüvə anlaşmasının yol xəritəsinin icrası barəsindəki əməkdaşlıqlarının müsbət sferada davam etməsinə hazır olduğunu bildirib.
İran xarici işlər naziri də İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əldə olunan yol xəritəsinin icrası üzrə səylər göstərdiyinə görə Amanoya təşəkkürünü bildirib.
Məhəmməd Cavad Zərif ümidvarlıq edib ki, iki tərəfin müsbət əməkdaşlıqlarının davam etməsi və İrana qarşı irəli sürülən iddialar işinin zamanında bağlanması ilə MAQATE və İran tərəfindən Yekun Müştərək Təşəbbüs Proqramının icrası üçün şərait yaranacaq.