ABŞ Rusiyanın Təhlükəsizlik Şurasındakı veto haqqını inkar etmək niyyətindədir
https://azeri.sahartv.ir/news/dünya-i197969-abŞ_rusiyanın_təhlükəsizlik_Şurasındakı_veto_haqqını_inkar_etmək_niyyətindədir
Amerikanın BMT-dəki nümayəndəsi iddia edib ki, Rusiyanın veto haqqı əslində Təhlükəsizlik Şurasının etibarını təhlükəyə salır və bu üzdən, ola bilsin, Amerika və onunla yanaşı olan ölkələr nəhayətdə Rusiyanı qərar çıxaran bir heyət kimi görməməzliyə vursunlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2015 14:11 Asia/Baku
  • ABŞ Rusiyanın Təhlükəsizlik Şurasındakı veto haqqını inkar etmək niyyətindədir
    ABŞ Rusiyanın Təhlükəsizlik Şurasındakı veto haqqını inkar etmək niyyətindədir

Amerikanın BMT-dəki nümayəndəsi iddia edib ki, Rusiyanın veto haqqı əslində Təhlükəsizlik Şurasının etibarını təhlükəyə salır və bu üzdən, ola bilsin, Amerika və onunla yanaşı olan ölkələr nəhayətdə Rusiyanı qərar çıxaran bir heyət kimi görməməzliyə vursunlar.

Fars xəbər agentliyinin məlumatına görə, bu xəbərdarlıq elə bir halda edilibdir ki, BMT özünün yetmişinci ildönümünə çatıb və Amerika Rusiyanın öz veto haqqından Suriyanın xeyrinə istifadə etməsindən hiddətlidir.
Amerikanın BMT-dəki nümayəndəsi Samanta Paver İngiltərənin Qardian qəzeti ilə müsahibədə Rusiyanın BMT-də Suriyanı dəstəkləməsi barədə deyib: Bura, bir darvinist dünyadır. Əgər məlum olarsa ki, xas bir heyət faydasızdır, üzvlər digər bir məkana gedərlər. Əgər bu faydasızlıq Suriya və Ukrayna məsələlərindən geniş olarsa, onda qəti surətdə bir beynəlxalq təhlükəsizlik hakimi kimi Təhlükəsizlik Şurasının yeri, etibarı və fəaliyyəti xətərə düşəcəkdir.
Amerika elə bir halda xəbərdarlıq edibdir ki, ola bilsin, Rusiyanı qərar çıxaran bir heyət kimi görməməzliyə vursunlar və Amerikanın özü bundan öncə üç dəfə sionist rejimin xeyrinə veto haqqından istifadə edib.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib: Bəzi ölkələr çalışırlar ki, Təhlükəsizlik Şurasını Suriyada quruluşun dəyişməsi əməliyyatlarına daxil etsinlər; bu məsələnin Təhlükəsizlik Şurasına dəxli yoxdur.