Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib
https://azeri.sahartv.ir/news/dünya-i198038-suriyada_6_ədəd_suxoy_qırıcı_bombardmançı_təyyarəsi_yerləşdirilib
Rusiya Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2015 09:51 Asia/Baku
  • Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib
    Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib

Rusiya Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirib.

IRNA-nın Sputnik-ə istinadlı məlumatına görə, rus medialar Suriyada 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsinin yerləşdirilməsindən xəbər veriblər; beləliklə, Rusiyanın Suriyadakı qırıcılarının sayı 34-ə çatıb.
Bu məlumata əsasən, Rusiyanın 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Laziqiyyə şəhəri ətrafındakı hava bazasında yerə enib.
Bu mənbələr radar informasiyalarna əsasən bildiriblər ki, 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsi Rusiya Hava Qüvvələrinin bir ədəd Tupolev-154 təyyarəsi ilə müşayiət olunubdur.
Suriyanın Laziqiyyə şəhəri ətrafındakı hava bazasında Rusiya hava bazasının yaradılması işi İŞİD daxil olmaqla terror qrupları ilə mübarizə istiqamətində Suriya dövlətinə yardım məqsədilə davam edir.