Rusiyanın İŞİD mövqelərinə hücumu; Rusiyanın nüfuzunun güclənməsi yoxsa terrorizmin zəifləməsi?
Okt 01, 2015 09:50 Asia/Baku
-
Rusiyanın İŞİD mövqelərinə hücumu; Rusiyanın nüfuzunun güclənməsi yoxsa terrorizmin zəifləməsi?
BMT Təhlükəsizlik Şurası Rusiyanın müraciəti əsasında Yaxın Şərqdə terrorizm məsələsinin araşdırılması üzrə fövqəladə iclas təşkil edib. Qərb ölkələri Rusiyanın İŞİD mövqelərinə qarşı hücumlarını tənqid edərək bunu Rusiyanın Yaxın Şərqdə mövqeyinin güclənməsinə səbəb kimi qiymətləndirirlər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Təhlükəsizlik Şurası çərşənbə günü Rusiyanın Suriyada əməliyyata başlamasından bir neçə saat sonra Rusiyanın müraciəti əsasında Yaxın Şərqdə terrorizm məsələsinin araşdırılması üzrə fövqəladə iclasa başlayıb.BMT baş katibi Ban Ki Mun bu iclasda bildirib: Yaxın Şərq və Şimali Afrika hazırkı dövrün ən təhlükəli müharibələri ilə qarşı-qarşıyadır.
BMT baş katibi əlavə edib: Hal-hazırda Suriya ən ağır bəlalar, o cümlədən kimyəvi silah və İŞİD-in genişlənməsi ilə üzləşib.
Ban Ki Mun Təhlükəsizlik Şurasından Suriya məsələləri üzrə BMT-nin elçisi Stefan De Misturanın Suriyada siyasi həll yolunun əldə olunması üzrə səylərini dəstəkləməsini istəyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bu iclasda İŞİD-in Liviya, Yəmən və Əfqanıstanda genişləndiyini qeyd edərək bildirib: Yaxın Şərqdə dini müharibələr bütün Yaxın Şərq ölkələrini hədələyir.
rusiya xarici işlər naziri əlavə edib: İŞİD özü üçün bir təbliğat proqramı hazırlayıb və onlarla dildə öz hərəkətlərini genişləndirir. Bu günün əsas hədəsi, terrorizm hücumları və əsasən də İŞİD-dir. Elə buna görə, BMT qanununa əsasən terrorizmə qarşı bir kollektiv funksiyanın tənzimlənməsinə ehtiyaclıyıq.
Rusiyanın yüksək səviyyəli rəsmisi həmçinin bildirib: Terrorizmlə mübarizə aparan hər şəxsin yanında durmaq lazımdır. İŞİD-lə müharibədə kömək edə biləcək şəxslərin addımlar koordinasiyaya malik olmalıdır. Bu koordinasiyalar Təhlükəsizlik Şurasının qərarları və beynəlxalq qanunlara əsasən olmalıdır.
Fransa xarici işlər naziri Loran Fabius da Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib: Ölkələrin İŞİD-lə müharibəyə daxil olmalarını müsbət qarşılayırıq. Bu şərtlə ki, 3 şərti diqqət mərkəzində saxlasınlar. Birincisi, aydın şəkildə bəlli olmalıdır ki, kimlə savaşırıq və məqsədimiz sadə vətəndaşlar və mötədil müxaliflər deyil, İŞİD və digər radikallar olmalıdır. İkincisi, irimiqyaslı hücumlar, o cümlədən bombalar və xlor qaz tərkibli bombalarla sadə vətəndaşların qırğın edilməsinin qarşısı alınmalıır. Üçüncüsü isə iqtidarın ötürülməsinə əsasən mövcud siyasi həll yolunun zəruriliyi üzrə razılıq olunmalıdır.
İclasın davamında ABŞ dövlət katibi Con Kerri deyib: Əgər Rusiyanın hücumları İŞİD-lə mübarizə üçün real səy olarsa, onu müsbət qarşılayırıq. Bununla belə İŞİD-lə mübarizə Bəşşar Əsədə dəstəklə qarışdırılmamalıdır.
Kerri deyib: Rusiya qırıcılarının İŞİD-in olmadığı bölgələri bombaladığı halda, bu məsələ çox təəssüfləndirici olacaqdır.
Amerikalı ifratçı respublikaçı senator Con Makkeyn Rusiyanın Suriyada terror qruplaşmalarına hücumları başlandıqdan bir neçə saat sonra Obama hökumətinin Yaxın Şərqdəki strategiyasının məğlubiyyətini Rusiyanın Yaxın Şərq proseslərinə daxil olmasının amili adlandırıb.
Makkeyn Obama hökumətinin yanlışlıqlarının Rusiyanın 1973-cü ildən sonra yenidən Yaxın Şərq proseslərinə daxil olmasına səbəb olduğunu bildirib.
Makkeyn deyib: Obama bir il öncə bildirmişdi ki, siyasətimiz İŞİD-i zəiflətməkdir. Lakin İŞİD hələ də Ər-Rəmadini işğalda saxlayır və Suriyada irəliləməkdədir.
Amerikalı senator əlavə edib: Bizim strategiyamız yox idi və strategiyanın olmaması miqrant böhranı ilə nəticələndi.
Makkeyn Rusiyanı Suriyada öz mövqeyini möhkəmləndirmək və əsas məqsədinin Bəşşar Əsədin iqtidarda olmasını izləməkdə suçlayıb.
Makkeyn deyib: Suriyada bu nöqtəyə çatmaq Amerika üçün bir tragediyadır.
Teqlər