Okt 06, 2015 21:01 Asia/Baku
  • Ukraynadakı separatçılar seçki keçirmək fikrindən daşınıblar
    Ukraynadakı separatçılar seçki keçirmək fikrindən daşınıblar

Ukraynanın şərqindəki separatçı rejimlər – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” yerli özünüidarəetmə orqanlarına təyin etdikləri seçkiləri təxirə salmağa razılıq veriblər.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Donetsk separatçıları oktyabrın 18-nə, Luqansk separatçıları isə noyabrın 1-nə təyin olunan seçkiləri gələn ilə təxirə salmaq qərarına gəliblər. Separatçıların bu gün Minskdə keçirilən danışıqlarda iştirak edən nümayəndələri Vladislav Deyneqo və Denis Puşilin bu barədə bəyanatla çıxış ediblər.

Qeyd edək ki, “Normandiya dördlüyü”nün oktyabrın 2-də Parisdə keçirilən görüşündə Donbasda yerli özünüidarəetmə orqanlarına seçkilərin Ukraynanın qəbul edəcəyi qanunla bu ölkə qanunvericiliyi çərçivəsində, Ukraynayönümlü siyasi partiyaların iştirakı ilə, Donbasda Ukrayna telekanallarının və mətbuatının yayımının bərpa olunması şərti ilə və ATƏT missiyasının müşahidəçiliyi ilə keçirilməsi qərara alınıb.

Teqlər