Okt 08, 2015 17:39 Asia/Baku
  • Rusiyanın İŞİD-ə hücumları ABŞ-ın addımından daha təsirlidir
    Rusiyanın İŞİD-ə hücumları ABŞ-ın addımından daha təsirlidir

Suriya xarici işlər nazirinin müavini bildirib: Rusiyanın son günlər Suriyadakı hücumları ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın ötən bir ildən çox müddətdə etdiyi hücumlardan daha təsirlidir.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Feysəl Miqdad deyib: ABŞ-ın başçılıq etdiyi koalisiyanın ötən bir ildəki hücumlarını Rusiya Ordusu Hərbi Hava Qüvvələrinin bir neçə gün ərzindəki hücumları ilə müqayisə etdikdə İŞİD terror qruplaşmasının çoxlu sayda bazaları və obyektləri məhv edilmişdir.
2014-cü ilin əvvəllərində İŞİD terror qruplaşmasının Yaxın Şərqdəki fəaliyyəti şiddətlənib. Bu terror qruplaşması İraq və Suriyada nəzarət etdiyi bölgələrdə xəlifəlik təşkil etmək ardıncadır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin bildirdiyinə görə, hal-hazırda təxminən dünyanın 80 ölkəsindən olan 30 min nəfərə yaxın şəxs Suriyaya gedib və İŞİD-in sıralarına qatılıb.
Rusiya Ordusu Hərbi Hava Qüvvələri 30 sentyabr prezident Vladimir Putinin qərarı və Suriya prezidenti Bəşşar Əsədin müraciətinə əsasən Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb.
İŞİD terror qruplaşmasının hərbi, rabitə, nəqliyyat mərkəzləri, həmçinin silah-sursat və yanacaq anbarları Rusiya Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilir.
Rusiyanın ötən həftə hücumlara başladığı gündən Suriyada İŞİD mövqelərinə ümumilikdə 112 dəfə hücum olunub.

Teqlər