ABŞ Rusiyaya İŞİD-ə hücum barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i198309-abŞ_rusiyaya_İŞİd_ə_hücum_barədə_xəbərdarlıq_edib
ABŞ müdafiə naziri Rusiyanın Suriyada İŞİD-ə hücumları barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 10:58 Asia/Baku
  • ABŞ Rusiyaya İŞİD-ə hücum barədə xəbərdarlıq edib
    ABŞ Rusiyaya İŞİD-ə hücum barədə xəbərdarlıq edib

ABŞ müdafiə naziri Rusiyanın Suriyada İŞİD-ə hücumları barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, ABŞ müdafiə naziri Eşton Karter Belçika paytaxtı Brüsseldə Şimali Atlantik Alyansı NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib: Rusiya tezliklə bu ölkənin Suriyada İŞİD terror qruplaşmasına hava hücumlarının bədəlini ödəyəcək.
ABŞ müdafiə naziri Rusiyanın İŞİD-in hücumundan qorxduğuna toxunaraq deyib: Bu qruplaşmanın gələn günlərdə Rusiyaya əvəzini çıxmaq xarakterli hücumları tələfatla yanaşı olacaqdır.
Amerika müdafiə nazirinin sözlərinə görə, Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı raketlərdən biri Amerikanın pilotsuz təyyarəsindən bir neçə mil aralıdan keçib.
Rusiya müdafiə naziri Sergey Şoyqu çərşənbə günü bildirib: Rusiyanın Xəzər dənizində yerləşən 4 hərbi gəmisi Suriyada İŞİD terror qruplaşmasının 11 mövqeyinə 26 Kruz raketi atıb.