Rusiya Türkiyənin iddiasını əsassız adlandırdı
https://azeri.sahartv.ir/news/dünya-i198516-rusiya_türkiyənin_iddiasını_əsassız_adlandırdı
Rusiya və ABŞ səfirərinin Türkiyə Xarici İşlər Nazirliyinə çağrılmaları və Ankaranın bu iki ölkəyə Suriya kürdlərinə silahların verilməsinə dair etirazı ardınca, Rusiya xarici işlər naziri bu iddianı əsassız adlandırıb və rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2015 08:59 Asia/Baku
  • Rusiya Türkiyənin iddiasını əsassız adlandırdı
    Rusiya Türkiyənin iddiasını əsassız adlandırdı

Rusiya və ABŞ səfirərinin Türkiyə Xarici İşlər Nazirliyinə çağrılmaları və Ankaranın bu iki ölkəyə Suriya kürdlərinə silahların verilməsinə dair etirazı ardınca, Rusiya xarici işlər naziri bu iddianı əsassız adlandırıb və rədd edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Sergey Lavrov çərşənbə günü jurnalistlərə verdiyi müsahibədə Türkiyənin Rusiya tərəfindən kürdlərə silah verilməsinə etiraz etməsi barədə deyib: Moskva terrorizmlə mübarizəni dəstəkləmək istiqamətində İraq və Suriya dövlətləri ilə texniki və hərbi cəhətdən əməkdaşlıq edir.
Terrorizmlə mübarizədə ölkələrin əməkdaşlığının vacibliyini qeyd edən Lavrov bildirib: Terrorçularla mübarizə zamanı baş verən hadisələr bu sahələrdə münasib iştirakın vacibliyini əks etdirir.
Lavrov Moskvanın İran, Rusiya, İraq və Suriyanın iştirakı ilə Bağdadda formalaşan Bağdad Anti-Terror İnformasiya Mərkəzində əməkdaşlıq üçün region ölkələrinin dəvət olunmasını təkrarlayaraq əlavə edib: Bu sahədə əməkdaşlıq üçün ikitərəfli görüşlərin keçirilməsi mümkündür.
Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə günü ABŞ və Rusiya səfirlərini çağırtdıraraq ruslar və amerikalıların Suriya Demokratik Birlik partiyasına silah köməyi adlandırılan məsələyə etiraz edib.