Rusiyanın energetika naziri İranın neft naziri ilə görüşüb
Okt 21, 2015 17:48 Asia/Baku
-
Rusiyanın energetika naziri İranın neft naziri ilə görüşüb
İranın neft naziri deyib ki, İran neft və qaz sənayesi inkişafının yeni dövrünə daxil olacaq.
İranın neft və enerji informasiya portalı ŞANA-nın məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Tehranda Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdə əlavə edib: İran zalımcasına sanksiyaların götürülməsindən sonra neft və qaz sənayesi inkişafının yeni dövrünə daxil olacaq.Bijən Zəngənə İranın Rusiya ilə əlaqələri genişləndirməyə maraqlı olmasına toxunaraq, deyib: İran və Rusiyadakı böyük enerji mənbələrinə əsasən, enerji sahəsində iki ölkə əlaqələri genişlənə bilər.
O, deyib: İki ölkənin müzakirələri həmişə faydalı və təsirli olub və ümidvarıq ki, neft sahəsindəki bugünkü müzakirələr də təsirli olacaq.
Rusiyanın energetika naziri Aleksandr Novak da iki ölkənin tarixi əlaqələrinə toxunaraq, deyib: Bu səfərdə Rusiyanın neft və qaz, nəqliyyat və rabitə sahələri üzrə çoxlu sayda böyük şirkəti iştirak edir.
O, qarşılıqlı ticari və iqtisadi həmkarlığın artacağını bəyan edərək, ümidvarlıq edib ki, bu iclasın keçirilməsi İran-Rusiya əlaqələrinin genişlənməsində təsiredici olacaq.
Rusiyanın energetika naziri habelə bu gün səhər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşünə işarə edərək, deyib ki, bu görüşdə iki tərəf iki ölkə əlaqələrinin genişlənməsi zəminlərini araşdırıbdır.
Bu məlumata görə, İranın neft naziri Rusiyanın energetika naziri ilə bağlı qapılar arxasında müzakirə aparıb.
Teqlər