Rusiya xarci əmlakı müsadirə qanunun qəbul etdi
Okt 28, 2015 06:40 Asia/Baku
-
Rusiya xarci əmlakı müsadirə qanunun qəbul etdi
Rusiya Dövlət Duması bir qanun qəbul edərək, bu ölkə dövlətinə, Rusiyanın Qərb ölkələrindəki mal varlığının dondurulacağı və ya müsadirə ediləcəyi təqdirdə, qarşılıqlı addım atmaq imkanı vermiş olub.
İRNA-nın məlumatına görə, Rusiya Dövlət Duması tərəfindən qəbul edilmiş qanuna əsasən Rusiya məhkəmələri bundan sonra xarici ölkələrin toxunulmazlığı və əmlakını "qarşılıqlı addım" prinsipi əsasında hədəfə ala biləcəklər.Bu qanun, Rusiyanın Belçika və Fransadakı mal varlığının dondurulmasından bir ay sonra qəbul olunub. Belə ki, İnsan Haqları Şurasının "Yukas" şirkətinin sabiq səhamdarlarının işi ilə bağlı çıxartdığı qərara əsasən, Rusiya həmin şəxslərə 50 milyard dollardan çox vəsait ödəməlidir.
Bu qanun daha çox Rusiyanın Qərbdəki mal varlığının, bu 50 milyard dolların təmin edilməsi üçün, müsadirə edilməsini önləmək məqsədi ilə çıxarılıb.
Rusiya Dövlət Dumasının yeni qanununa əsasən Qərb xüsusilə Amerikanın Rusiyanın xaricdəki mal varlığına əl qoyacağı təqdirdə, Moskva qarşılıqlı addımlar ata biləcək.
Teqlər