Putin nüvə təhlükəsizliyi tədbirlərinin artırılması barədə göstəriş verib
Okt 31, 2015 13:46 Asia/Baku
-
Putin nüvə təhlükəsizliyi tədbirlərinin artırılması barədə göstəriş verib
Rusiya prezidenti bu ölkənin təhlükəsizlik şurasının xüsusi iclasından sonra Rusiyanın nüvə və kimyəvi mərkəzləri üzrə təhlükəsizlik tədbirlərinin artırılması haqda göstəriş verib.
IRNA-nın məlumatına görə, Kremlin informasiya portalının məlumatına görə, Vladimir Putin bu göstərişə şamil olan bütün mərkəzlərin texniki təhlükəsizliyi və ümumi təhlükəsizliyinin təmini tədbirlərinin artırılmasını vurğulayıb.Putin bildirib ki, nüvə və radioaktiv təhlükəsizlik günün ən mühüm prioritetlərindəndir və Rusiya bu hallarla əlaqədar olan texnologiyalar sahəsindəki səylərini davam etdirəcək.
O, əlavə edib: Müasir dünyada ilk növbədə enerji və nüvə mərkəzlərinə qarşı bir çox texniki təhdidlər mövcuddur.
Rusiya prezidenti bu sahədə mövcud olan təhlükələrə toxunaraq, vurğulayıb: Xalq nüvə, kimyəvi, bioloji və radioaktiv maddələr mərkəzlərinin fəaliyyətlərindən irəli gələn hədələrdən amanda olmalıdır ki, bu mərkəzlərdə hadisələrin baş verməsi xətəri tamamilə aradan getmiş olsun.
Sovet dövründə, yəni 1986-cı ilin 26 aprelində uüzlərlə nəfərin ölümünə, on minlərlə nəfərin didərgin düşməsinə, eləcə də radioaktiv çirklənmələri Avropanın qərbinədək gəlib çatmış Ukraynanın "Çernobıl" AES-ində baş vermiş partlayış dünyanın ən böyük nüvə hadisəsi sayılır və bu partlayış nüvə mərkəzləri standartlarının artırılmasına səbəb oldu.