Rusiya təyyarəsinin süqut etməsi nəticəsində ölənlərin cənazələri Sankt Peterburqa köçürülüb
Noy 02, 2015 07:22 Asia/Baku
-
Rusiya təyyarəsinin süqut etməsi nəticəsində ölənlərin cənazələri Sankt Peterburqa köçürülüb
Rusiyanın sərnişin təyyarəsinin Misirdə süqut etməsi nəticəsində həyatını itirmiş onlarla insanın cənazəsini daşıyan təyyarə bu gün Sankt Peterburq şəhərinə daxil olub.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, bu, 9268 saylı reys ilə uçuş həyata keçirən Rusiya təyyarəsinin Misirin Sina məntəqəsində süqut etməsi nəticəsində həyatını itirənlərin cənazələrini Rsiyanın Sankt Peterburq şəhərinə daşıyan ilk təyyarədir.Rusiya rəsmiləri bu təyyarədə 144 cəsədin olduğunu təsdq ediblər.
Təyyarənin süqut etməsinin səbəbləri hələ də aydın deyil və beynəlxalq bir mütəxəssis heyəti məsələyə aydınlıq gətirmək üçün Misir rəsmiləri ilə əməkdaşlıq edir.
Rusiya hava yolları rəsmilərinin dediklərinə görə, təyyarə havada parçalanıb. Rusiyanın hava nəqliyyatı təşlikatının sədri Aleksandr Nordakov da təyyarənin havada parçalanması ehtimalının böyük olduğunu bildirib.
Rusiya və Misir arasında havayolları əməkdaşlığı komitəsinin sədri Viktor Soroçenko isə hadisənin səbəbləri ilə bağlı fikir bildirməyin hələ tez olduğunu deyib.
Teqlər