Rusiya; ABŞ üçün ən böyük təhdid
Noy 04, 2015 14:34 Asia/Baku
-
Rusiya; ABŞ üçün ən böyük təhdid
ABŞ ordusu Quru Qoşunları komandanı RUsiyanı Vaşinqtonun 1 nömrəli düşməni adlandırıb.
İRNA-nın məlumatına görə, Mark Milley dünən Vaşinqtonda keçirilən "Defense One" adlı iclasda Rusiyanı ABŞ-ın maraqları üçün təcavüzkar və aqressiv adlandırıb və iddia edib ki, Moskva nüvə silahlarına və onlardan istifadə potensialına malik olduğu üçün ABŞ üçün birinci dərəcəli düşmən sayılır.O daha sonra deyib: Rusiya dünyanın yeganə ölkəsidir ki, ABŞ-ı məhv edə biləcək nüvə potensialına malikdir. Buna görə də Moskva Vaşinqton üçün potensial təhlükə sayılır.
General Milley sözlərinin davamında Rusiya ilə mübarizə aparmaq üçün ABŞ-ın hazırkı "güc və tarazlıq" siyasətinin davam etdirilməsinə təkid edib.
Teqlər