Cənubi Sudanda təyyarə qəzası
Noy 04, 2015 14:54 Asia/Baku
-
Cənubi Sudanda təyyarə qəzası
Rusiyanın Uqandadakı səfriliyi Rusiya istehsalı olan AN-12 tipli nəqliyyat təyyarəsində həlak olanların rusiyalı olmalarını təkzib edib.
İnterfax-ın məlumatına görə, hadisə yerinə rus konsulunun getməsi də təkzib olunub.Rusiyanın Uqandadakı konsulluq şöbəsinin müdiri Radmir Qaynanov İnterfaks-a bildirib ki, təyyarənin mənsub olduğu şirkətin adı, ekipaj üzvlərinin vətəndaşlıqları, uçuşun marşrutu və hadisənin səbərlərini araşdırmaqdadırlar.
Bundan bir az öncə Ermənistan Daxili İşlər Nazirliyi öz beş vətəndaşının həmin hadisədə öldüyünü təsdiq edib. Həmin şəxslərin hamısı ekipajın üzvləri olub.
Cənubi Sudanın Cuba hava limanında baş vermiş hadisədə təqribən 23 nəfər həlak olub. Onların on nəfəri təyyarə sərnişini, qalanları isə hadisə məkanında olan şəxslər olublar. Ölənlər arasında uşaqlar da var.
Teqlər