Ukrayna Avropadan Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini istəyib
Noy 04, 2015 16:53 Asia/Baku
-
Ukrayna Avropadan Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini istəyib
Ukrayna Avropa tərəfindən Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini istəyib.
İnterfaks-ın məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Komissiyasının sədri Jan Klod Yunker ilə telefon söhbətində Rusiyaya qarşı sanksiyalarda Avropa ölkələrinin birliyinin qorunmasını istəyib.Ukrayna prezidenti Avropa Komissiyasının sədri ilə söhbətdə Ukraynanın ərazi bütövlüyünün qorunması üçün Avropa ölkələrinin səylərinin davam etməsini vurğulayıb.
Pyotr Poroşenko həmçinin Avropa Komissiyasının sədri Jan Klod Yunkeri Minsk razılaşmasının icra gedişi və Donbas məntəqəsindəki son hadisələrlə məlumatlandırıb.
Ukrayna prezidenti bu ölkədə yerli seçkilərin keçirilməsini hökumət üçün bir uğur adlandırıb və belə deyib: Bu seçkilərin nəticələri hökumətin siyasi pozğunluqla mübarizə və islahatların icrası üzrə işini asanlaşdırdı.
Avropa Şurası baş katibinin xüsusi müşaviri Kristos Ciakoumopoulos Kiyevdə verdiyi mətbuat konfransında deyib ki, bu şura və Avropa İttifaqı Ukrayna üçün 4 milyon avro məbləğini təmin ediblər ki, bu ölkə penitensiar sistemin islahatı və insan haqlarına riayətə nəzarət üzrə inkişaf layihələrini icra edə, korrupsiya ilə mübarizə apara və Ukraynada seçkiləri dəstəkləyə bilsin.
Teqlər