Noy 05, 2015 20:19 Asia/Baku
  • Türkiyə ordusu 16 PKK yaraqlısını öldürüb
    Türkiyə ordusu 16 PKK yaraqlısını öldürüb

Türkiyə ordusunun ölkənin cənub-şərqində həyata keçirdiyi əməliyatda 16 PKK yaraqlısı həlak olub.

İRİB-nin məlumatına görə, Türkiyə ordusu Baş Qərargahı bir bəyanat yayaraq, bildirib ki, Hakkari vilayətində PKK yaraqlılarının mövqelərinə endirilən zərbələrin davamında 16 PKK yaraqlısı məhv edilib.
Türkiyə ordusu Baş Qərargahının bəyanatında bu əməliyyat zamanı bir təhlükəsizlik qüvvəsinin yaralandığı da qeyd olunub.
Bu bəyanatda bildirilir ki, Türkiyə silahlı qüvvələrinin 3 noyabr tarixində Hakkari vilayətində, Dağlıca məntəqəsində PKK yaraqlılarına qarşı başlatdığı əməliyyatlar davam edəcək.
Türkiyə ordusunun ötən gün Yüksək Ova məntəqəsində PKK yaraqlılarına qarşı hava hücumlarında da 15 PKK yaraqlısı və 2 hərbçi həlak olmuşdu.

Teqlər