Noy 06, 2015 12:35 Asia/Baku
  • Rusiya prezidenti qərblə iqtisadi mübarizə qanununu imzalayıb
    Rusiya prezidenti qərblə iqtisadi mübarizə qanununu imzalayıb

Rusiya Federasiyası prezidenti Rusiyaya qarşı sanksiyaların icrası çərçivəsində bu ölkənin maliyyə varlıqlarının dondurulması üzrə Amerika və qərbin ehtimal olunan hərəkətlərinin qarşısının alınması üçün Dövlət Dumasında təsdiqlənən qanunu imzalayıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, cümə günündən qüvvəyə minən bu qanuna əsasən, Rusiya hökuməti bu ölkənin qərbdəki maliyyə varlıqları dondurulduğu halda qarşılıqlı addım ata bilər.
Rusiya məhkəmələri həmçinin bundan sonra xarici ölkələr və onların maliyyə varlıqlarının toxunulmazlığını qarşılıqlı addıma əsasən hüquqi prosedurlara məruz qoya bilərlər.
Bu qanuni addım Belçika və Fransada Rusiyanın maliyyə varlıqlarının bir hissəsinin dondurulmasından bir ay sonra atılıb. İnsan Haqları Şurasının qərarına əsasən, Yukos kompaniyasının sabiq səhmdarlarının varlıqları dondurulub və ona əsasən Rusiya bu şəxslərə 50 milyard dollardan çox kompensasiya ödəməlidir.
Bu qanun həmin kompensasiyanın təmini üçün Rusiyanın maliyyə varlıqlarının müsadirə olunması ilə bağlı Qərbin addımlarının qarşısının alınması məqsədilə təsdiqlənib və qüvvəyə minib.
Dövlət Dumasının yeni qərarı qərb, xüsusilə də Amerikanın Ukrayna bəhanəsi ilə Rusiyaya qarşı sanksiyaların tətbiq olunması çərçivəsində Rusiyanın və onun vətəndaşlarının maliyyə varlıqlarını müsadirə etdikləri halda Moskvanın qarşılıqlı addımlar atmasına imkan verəcək.

Teqlər